Cadillac elektrik yolsuzluq avtomobilləri rəsmi olaraq açıqlanmış yürüş məsafəsini xeyli üstələyib. Edmunds mütəxəssisləri tərəfindən aparılan testlər göstərib ki, lüks brendin yeni modelləri bir dəfəlik enerji yığımı ilə istehsalçının vəd etdiyindən daha çox məsafə qət edə bilir.
Yeni Optiq və üçsıralı Vistiq modelləri müvafiq olaraq 85 və 102 kVt·saatlıq batareyalarla təchiz olunub. EPA tərəfindən 486 km yürüş məsafəsi göstərilən Optiq, Edmunds testində 545 km yol gedib ki, bu da 12% çoxdur. Rəsmi yürüş məsafəsi 491 km olan Vistiq isə 538 km nəticə göstərərək göstəricini 9% üstələyib.
Avtomobillərin enerji səmərəliliyi də daha yaxşı çıxıb. Faktiki enerji sərfi hər 100 km-ə görə 18,5 kVt·saat, rəsmi olaraq göstərilən 20,5 kVt·saatdan az olub.
Beləliklə, General Motors-un bütün elektromobillərinin əsasını təşkil edən Ultium platforması özünün yüksək səmərəliliyini sübut etmiş oldu.
Fikirləriniz ?



