“Halo Point” adlı “süni beyin”-ə hər biri mikrodalğalı soba ölçüsündə olan altı prosessor hissəsi daxildir. Daxilində “Intel 4 process node” çipsetində qurulmuş və Havaydakı vulkanın adını daşıyan 1152 ədəd “Loihi 2” prosessorları mövcuddur. Sistemə 1,15 milyard neyron və 128 milyard sinaps daxildir. Cəmi 140,544 neyromorfik prosessor nüvəsinə malikdir.
Bu dizayn 2600 Vt-a qədər enerji sərf edir və köməkçi hesablamalar üçün 2300 Intel x86 çipi istifadə olunur. Ümumi ötürmə qabiliyyəti saniyədə 16 petabayt (PB/s), nüvələrarası ötürmə qabiliyyəti 3,5 PB/s, çiplərarası ötürmə qabiliyyəti isə 5 TB/s-ə çatır. Sistemin imkanları saniyədə 240 trilyondan çox sinir əməliyyatını emal etmək üçün kifayətdir.
Halo Point-in gücü 20 petaops-a çatır. Yaradıcıların sözlərinə görə, sistem süni intellektdən istifadə etməklə proqramların davamlı real vaxt rejimində öyrədilməsi, həmçinin logistika, infrastrukturun idarə edilməsi və böyük dil modelləri (LLM) sahəsində problemlərin həlli üçün nəzərdə tutulub.
Belə sistemlər hələ də həqiqi insan beynin imkanlarından uzaqdır. Təxmini hesablamalara görə, insan beynində təxminən 100 milyard neyron və 500 milyarda qədər sinaps mövcud olur.
Fikirləriniz ?
