EA Sports FC 26-da rusdilli şərhçilər olmayacaq. Oyuna yalnız rus dilində subtitrlər və interfeys əlavə ediləcək.
FIFA 16-dan EA Sports FC 25-ə qədər oyunda Konstantin Geniç və Georgi Çerdantsev-in səsləri istifadə olunurdu. Son illərdə isə onların replikaları yenilənmirdi, çünki əməkdaşlıq dayandırılmışdı.
Seriyada ilk dəfə rus dilində şərhlər FIFA 07 oyununda peyda olmuşdu. 2015-ci ilə qədər Yuri Rozanov, Vasili Solovyov və Vasili Utkindən ibarət komanda rus dilində şərh üzərində çalışmışdı.
Türkiyə şərhçiləri barədə xəbər
Türk oyunçular üçün isə yaxşı xəbər var: EA Sports FC 26-da türk dilində şərhlər qorunub saxlanılacaq. Son illərdə oyunda məşhur spikerlər Ertem Şener və Özkan Öztürk səsi eşidilirdi. EA bu ənənəni davam etdirərək, türk bazarı üçün tam səsli şərhləri təqdim etməyə davam edəcək. Bu da Türkiyədə futbol oyunlarını yerli dildə izləməyə öyrəşmiş azarkeşlər üçün böyük üstünlükdür.
EA Sports FC 26 oyunu 19 sentyabrda Ultimate Edition sahibləri üçün, 26 sentyabrda isə standart versiyanı alan oyunçular üçün təqdim olunacaq.
Fikirləriniz ?



