30 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

yeni Samsung Galaxy S24 flaqmanları əvvəlki modellərdən daha ucuz olacaq

Render və texniki göstəricilərdən sonra internetdə gələcək Samsung flaqman smartfonlarının qiyməti ilə bağlı məlumatlar peyda oldu. Əgər əvvəllər istehsalçının qiymətlərin əvvəlki modellərin səviyyəsində saxlayacağına inanırdılarsa yeni məlumatlar daha da optimistik oldu.

Yeni məlumatlara əsasən, 128 GB versiya olan Galaxy S24-ün qiyməti Avropada 899 avro, 256 GB-lıq modeli isə 959 avro təşkil edəcək. Obiri model Galaxy S24+ 256 GB-lıq versiya üçün 1149 avro, 512 GB-lıq versiya isə 1269 avroya başa gələcək. Müqayisə üçün qeyd edək ki, 128 GB-lıq versiyada olan Galaxy S23 satışa çıxarılarkən 949 avroya başa gəlib, Galaxy S24+ üçün isə qiymət 1199 avrodan başlayırdı. Beləliklə, yeni cihazlar 50 avro daha ucuz olacaq.

Ən dolu versiya Galaxy S24 Ultra-a gəlincə, onun 256 GB-lıq versiyası 1449 avroya başa gəlir ki, bu da S23 Ultra-nın ilkin qiymətindən 50 avro bahadır. Lakin qeyd etmək lazımdır ki, əvvəlki modeldə 8 GB operativ yaddaş mövcud idi, indiki versiyada isə bu rəqəm 12 GB təşkil edir.

Hazırda olan məlumatlara əsasən Samsung Galaxy smartfonların təqdim olunma tarixi 17 yanvar tarixində gözlənilir.

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr