27.7 C
Баку
Среда, 5 августа, 2026
spot_img

Azərbaycanda kartdan-karta (Card-to-Card) köçürmələr üçün yeni qaydalar qüvvəyə minib

Azərbaycanda kartdan-karta (Card-to-Card) köçürmələr üçün yeni qaydalar qüvvəyə minib. Artıq bir kartla gün ərzində maksimum 5 köçürmə etmək və 5 dəfə vəsait qəbul etmək mümkün olacaq.

Bundan əlavə, kartdan-karta köçürmələrin aylıq ümumi limiti 20 000 manat olaraq müəyyən edilib. Öz hesabınıza məxsus kartlar arasında edilən köçürmələr isə bu məhdudiyyətlərə daxil deyil.

Yeni qaydalar həmçinin elektron cüzdanlara da şamil olunur: manat üzrə maksimum 2, hər xarici valyuta üzrə isə 1 elektron cüzdandan istifadə edilə biləcək.

Məhdudiyyətlərin əsas məqsədi maliyyə şəffaflığını artırmaq, dələduzluğun, vergidən yayınmanın və qanunsuz maliyyə əməliyyatlarının qarşısını almaqdır.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr