25.1 C
Баку
Вторник, 28 июля, 2026
spot_img

Çində BYD maşınların altında canlı varlıqları aşkar edən Ai sistemini təqdim etdi

Çinin BYD şirkəti avtomobil təhlükəsizliyini artırmaq üçün yeni süni intellekt əsaslı sistem təqdim edib. Sistem dayanmış avtomobilin altında uşaq, ev heyvanı və ya küçə heyvanı kimi canlıların olub-olmadığını müəyyən edə bilir.

Yeni texnologiya belə işləyir: avtomobil park edildikdən sonra sistem yerin görüntüsünü yadda saxlayır. Sürücü yenidən hərəkətə başlamaq istədikdə isə həmin görüntünü real vaxt rejimində avtomobilin altındakı vəziyyətlə müqayisə edir. Əgər avtomobilin altında əvvəllər olmayan və canlıya bənzəyən obyekt aşkar edilərsə, sürücüyə dərhal xəbərdarlıq göndərilir.

İlk baxışda sadə görünsə də, bu həll sürücülərin əksəriyyətinin görə bilmədiyi ən təhlükəli “kor nöqtələrdən” birini — avtomobilin birbaşa alt hissəsini nəzarətdə saxlamağa kömək edir.

BYD bildirir ki, bu texnologiya şirkətin süni intellekt əsaslı təhlükəsizlik sistemlərinin bir hissəsidir və məqsədi avtomobil hərəkətə başlamazdan əvvəl mümkün qəzaların qarşısını almaqdır.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr