27.7 C
Баку
Среда, 5 августа, 2026
spot_img

Nəvələr nənələrinin evində dəyəri 250 min dollar olan Pokemon kartları kolleksiyasını tapıblar

Pokémon kartları, xüsusilə də köhnə və nadir buraxılışlar, on minlərlə dollar dəyərində ola bilər. Lakin belə kartları tapmaq adətən çox çətindir. Bir gəncin isə bəxti gətirib – onu məhz öz nənəsi sevindirib.

Reddit istifadəçisi InkedSketch ləqəbi ilə paylaşdığı hekayədə qardaşları ilə birlikdə 80 yaşdan yuxarı olan nənəsinin evində çox dəyərli Pokémon kartları kolleksiyası tapdıqlarını bildirib. Nənələri 20 ildən artıq idi ki, topladığı kartları çeşidləmək üçün nəvələrindən kömək istəyirdi, lakin heç kim buna əhəmiyyət vermirdi. İllər sonra nəvələr nəhayət razılaşaraq evdəki köhnə əşyaları toplamağa başlayıblar və eyni zamanda həmin kolleksiyanı axtarıblar. Axtarış uğurla nəticələnib.

Əvvəlcə onlar Burger King-dən olan Poké Ball oyuncaqları, o cümlədən 24 karat qızıl versiyalar, kolleksiya fiqurları və müxtəlif Pokémon aksesuarlarının olduğu bir qutu tapıblar. Daha sonra bir neçə başlanğıc dəsti və Pokémon filmi olan qutu aşkar ediblər. Nənələri isə bunun kolleksiyanın hamısı olmadığını deyib.

Axtarış davam etdikcə vəziyyət daha da maraqlı olub. Nəvələr açılmamış booster paketləri, Charizard kartları, nadir və ilk buraxılış kartlarla dolu böyük bir albom, həmçinin Digimon kartları tapıblar. Albomun içində bəzi kartların ilk alış qiymətlərini göstərən qəbzlər də saxlanılıb.

Sonradan məlum olub ki, nənə vaxtilə böyük nəvələri üçün Pokémon dəstləri alarkən bəzi kartları və booster paketlərini gizlicə özündə saxlayaraq şəxsi kolleksiya yaradıb. Bu sirri isə yalnız illər sonra açıqlayıb.

İlkin qiymətləndirməyə görə, kolleksiyanın dəyəri 250 min ABŞ dollarından çox ola bilər. Üstəlik, nənənin sözlərinə görə, evdə hələ də qiymətli kartlarla dolu başqa qutular var və onları sadəcə tapmaq lazımdır.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr