Electronic Arts-ın futbol simulyatoru tənqid olunsa da, onun statistik bazası qüsursuz görünür: oyun artıq ardıcıl beşinci dəfə futbol üzrə Dünya Çempionatının qalibini düzgün proqnozlaşdırıb.
Bu günlərdə ABŞ-da keçirilən futbol üzrə Dünya Çempionatı başa çatıb. Finalda Argentina millisini 1:0 hesabı ilə məğlub edən İspaniya yığması turnirin qalibi olub. Reallıq bu dəfə də EA Sports FC-nin proqnozunu təsdiqləyib — oyun hələ iyunun 6-da məhz belə nəticə olacağını bildirmişdi.
Maraqlıdır ki, EA əvvəlki dörd turnirin nəticəsini də düzgün müəyyənləşdirib. Şirkət 2010-cu ildə İspaniyanın, 2014-cü ildə Almaniyanın, 2018-ci ildə Fransanın, 2022-ci ildə isə Argentinanın çempion olacağını proqnozlaşdırmışdı.
Bu qədər uzun düzgün proqnozlar seriyasını sadəcə təsadüf adlandırmaq çətindir. Görək, EA 2030-cu ildə keçiriləcək növbəti turnirin qalibini də düzgün müəyyən edə biləcəkmi.
Fikirləriniz ?



