26 C
Баку
Среда, 29 июля, 2026
spot_img

Bakıda «Ambucycle» motosikletləri Feldşerlər idarə edəcək — [Foto]

Tıxacda saniyələr həyat xilas edir!

Azərbaycanda ilk dəfə olaraq təcili tibbi yardım üçün motosiklet briqadaları fəaliyyətə başlayır. “Ambucycle” adlanan bu yeni model sayəsində xüsusilə sıx nəqliyyat olan ərazilərdə hadisə yerinə daha qısa müddətdə çatmaq mümkün olacaq.

Motosiklet briqadaları ürək-ağciyər reanimasiyası (BLS və ALS), defibrilyasiya, sınıqların immobilizasiyası, ağrıkəsici müdaxilələr və digər təxirəsalınmaz tibbi yardımları yerində göstərə biləcək. Zərurət olduqda isə tam təchizatlı təcili yardım avtomobili də hadisə yerinə yönləndiriləcək.

Layihə ilkin mərhələdə Bakı şəhərində pilot olaraq tətbiq ediləcək. Uğurlu nəticə verəcəyi təqdirdə isə ölkənin digər bölgələrinə də genişləndirilməsi planlaşdırılır.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr