İkinci əl elektromobil almaq istəyənlər çox vaxt batareyanın ciddi şəkildə köhnəlmiş olacağından narahat olurlar. Lakin yeni araşdırma göstərir ki, müasir elektromobil batareyaları illərlə istifadə olunsa belə, ilkin tutumunun böyük hissəsini qoruyub saxlayır.
İsveçin Carla şirkəti 2022–2026-cı illər ərzində Avstriyanın AVILOO şirkətinin texnologiyası ilə aparılmış 9954 batareya testini təhlil edib.
Reytinqə 64 kVt·saatlıq batareyaya malik Kia e-Niro liderlik edib. Model 100 min kilometr yürüşdən sonra batareyanın orta hesabla 97,25% ilkin tutumunu qoruyub saxlayıb.
İkinci yerdə Hyundai Kona Electric (97,18%), üçüncü yerdə isə 77,4 kVt·saatlıq batareyaya malik Kia EV6 (95,95%) qərarlaşıb.
Reytinqin ilk sıralarında həmçinin aşağıdakı modellər yer alıb:
* Volvo XC40 Recharge — 94,7%
* Polestar 2 — 94,35%
* BMW i3 — 93,77%
* Tesla Model 3 — 93,34%
Araşdırmaya əsasən, batareyanın uzunömürlülüyünə ən çox təsir edən amillər elementlərin istehsalçısı və istifadə olunan kimyəvi tərkibdir. Məsələn, LG Chem elementləri ilə təchiz olunan batareyalar orta hesabla 91,5%, Panasonic elementləri isə 88,2–89,8% tutumu qoruyub saxlayır.
Buna baxmayaraq, reytinqdə sonuncu — Volkswagen ID.3 belə ilkin batareya tutumunun 91,79%-ni saxlamağı bacarıb.
Fikirləriniz ?



