Assassin’s Creed: Black Flag remeyki ilk elan olunanda bir çox oyunçu bu qərarı qəribə qarşılamışdı. Çünki orijinal oyun hələ də aktual hesab olunur və yenidən hazırlanmasına ehtiyac olmadığı düşünülürdü. Lakin oyunun çıxışına az qalmış yayımlanan ilk rəylər bu fikri dəyişməyə başlayıb.
Assassin’s Creed: Black Flag Resynced OpenCritic platformasında artıq 100-dən çox rəy toplayıb. Oyunun orta balı 100 üzərindən 86, tənqidçilərin isə 94%-i onu oynamağı tövsiyə edir.
Mətbuat nümayəndələrinin fikrincə, oyun demək olar ki, bütün əsas istiqamətlərdə təkmilləşdirilib. Yenilənmiş qrafika ilə yanaşı, döyüş sistemi, dəniz savaşları və oyun mexanikaları da ciddi şəkildə yenidən işlənib.
WellPlayed (90/100):
“Bu, sadəcə cari nəsil üçün vizual yenilənmə deyil. Oyun mexanikaları tamamilə yenidən işlənib və əvvəlki çatışmazlıqlar aradan qaldırılıb. Daha yığcam açıq dünya və əsl pirat atmosferi təqdim edir.”
TheSixthAxis (80/100):
“Bu, əsl uğurdur. Dəyişikliklərdən narahat idim, amma onların böyük hissəsi oyunun xeyrinə işləyib. Döyüşlər daha maraqlı olub, dəniz savaşları isə əvvəlkindən də zəngindir. Müasir dövr səhnələrinin çıxarılması tarixi süjetə daha çox yer ayırıb.”
Push Square (80/100):
“Ubisoft klassik Black Flag ruhunu qoruyub saxlayıb. Oyun əvvəlki kimidir, sadəcə daha gözəl, daha böyük və hər baxımdan daha keyfiyyətlidir.”
Xatırladaq ki, orijinal Assassin’s Creed IV: Black Flag vaxtilə Metacritic-də 88 bal toplamışdı.
Assassin’s Creed: Black Flag Resynced bu gündən — 9 iyul tarixindən etibarən PC, PlayStation 5 və Xbox Series X|S platformalarında satışa çıxır.
Fikirləriniz ?



