Samsung qatlanan smartfon dünyasında kartları yenidən qarışdırdı! 📱✨
Şirkət eyni anda iki yeni Fold modeli təqdim etdi: tamamilə yenilənmiş Galaxy Z Fold8 və seriyanın ən premium nümayəndəsi olan Galaxy Z Fold8 Ultra.
Yeni Galaxy Z Fold8 artıq daha rahat gündəlik istifadə üçün hazırlanıb: qatlı halda sosial şəbəkələr, mesajlaşma və işlər üçün daha əlverişli xarici ekran, açıldıqda isə film, oyun, multitasking və sənədlər üçün böyük 4:3 formatlı ekran. Üstəlik, cəmi 201 qram çəkisi ilə Fold seriyasının ən yüngül modelidir.
Galaxy Z Fold8 Ultra isə maksimum istəyənlər üçündür: ultra nazik gövdə, böyük 8 düymlük ekran, 5000 mAh batareya və 200 MP əsas kamera. Hər iki modeldə güclü Snapdragon 8 Elite Gen 5 for Galaxy çipi, 120 Hz AMOLED ekranlar və qatlanan formata uyğunlaşdırılmış yeni Galaxy AI funksiyaları var.
Fikirləriniz ?



