Yahoo-nun yayımladığı yeni iş elanı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Şirkət Senior Software Developer (Claude Code Expert) vakansiyası üçün namizədlərdən Claude Code ilə minimum 10 illik təcrübə tələb edib.
Problem isə ondadır ki, Claude Code Anthropic tərəfindən yalnız 2025-ci ilin fevral ayında ictimai istifadəyə təqdim olunub. Yəni alət hələ cəmi iki ilə yaxındır ki, mövcuddur və heç kimin onunla 10 illik iş təcrübəsi ola bilməz.
Bu səbəbdən istifadəçilər iş elanını ya HR şöbəsinin texniki səhvi, ya da köhnə vakansiya şablonunun düzgün redaktə edilməməsi kimi qiymətləndirirlər. Hətta sosial şəbəkələrdə zarafatla qeyd olunur ki, Claude Code-un yaradıcılarından biri belə bu tələbi ödəyə bilməz.
Yahoo isə hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Fikirləriniz ?




