29 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

Bu gün «Nvidia» yeni «GeForce RTX 40 Super» videokart seriyasını nümayiş etdirdi: bütün xüsusiyyət və qiymətlər

RTX 4080 SUPER” modeli — 10.240 CUDA nüvəsi, 64 MB L2 keş və 16 GB GDDR6X yaddaşı əldə edərək, 23 Gbit/s məlumat ötürmə sürətini təmin edib. Onun maksimum TGP dəyəri 320 Wt-dir, baxmayaraq ki, şirkət oyun yükü zamanı sürətləndiricinin orta istehlakının 246 Wt olduğunu iddia edir.

”RTX 4070 Ti SUPER” — 16 GB GDDR6X, 672 GB/s ötürmə qabiliyyətinə və 48 MB L2 keş yaddaşana, 8448 CUDA nüvəsinə malikdir. Bu video kart modelinin enerji istehlakı səviyyəsi oyunlar zamanı orta hesabla 226 Wt olmaqla maksimum 285 Wt-a çatır. Şirkətin məlumatına əsasən “4070 Ti SUPER” — “RTX 3070 Ti”-dən 2,5 dəfə daha yüksək performansı təmin edəcək, lakin unutmayın ki, bu, “DLSS Frame Generation” texnologiyasının aktiv olan zaman mümkün olacaq.

Nəhayət, “RTX 4070 SUPER” — seriyadakı ən əhəmiyyətli dəyişiklikləri aldı. 7680 CUDA nüvəsinə, 12 GB video yaddaşa, 504 Gbit/s ötürmə qabiliyyətinə və 36 MB L2 yaddaşa malikdir. TGP göstəricisi 220 Wt, oyunlar zamanı orta istehlak isə 200 Wt təşkil edir.

Yeni “RTX 4080 SUPER”-in qiyməti 999 dollardır və satışların yanvarın 31-də başlaması planlaşdırılır. RTX 4070 Ti SUPER 799 dollara başa gəlir və yanvarın 24-də satışa çıxarılacaq, yanvarın 17-də isə 599 dollara başa gələcək RTX 4070 SUPER-i gözləmək olar.

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr