2023-cü ildə “Forbes”-un dünya milyarderlərinin son siyahısına daxil etdiyi 2640 milyarderdən ümumilikdə 21 milyarder dünyasını dəyişib.
Onlardan 9-u Amerika vətəndaşı olub. ABŞ-dan başqa, yalnız Hindistan və Malayziyada bir neçə milyarder dünyasını dəyişib. Qeyd olunur ki, bu siyahıda yalnız bir qadın var — Çinin “WuXi AppTec” əczaçılıq şirkətinin həmtəsisçisi Zhao Ning.
Nəşr yazır ki, 2023-cü ildə vəfat edən milyarderlərin orta yaşı — 85 olub. Demək olar ki, yarısının — ən azı 90 yaşı var idi. Hindistanlı iş adamı Keşub Mahindra və Berkshire Hathaway-in sədr müavini Çarlz Munger 2023-cü ildə ölən ən yaşlı iki milyarder olub. Hər ikisinin 99 yaşı var idi.