Analitiklərin təqdim etdiyi siyahı əslində çox adamı təəccübləndirər. Məlum oldu ki, qazanc üzrə lider — “NBA 2K24” oyunu oldu, “2K” studiyasından olan basketbol simulyatoru siyahıda hətta yalnız beşinci yeri tutan “EA Sports FC 24”-dən belə üstün ola bilib. “Baldur Gate III” yalnız yeddinci, “Diablo IV” isə üçüncü yerdə qərarlaşdı. Həmçinin siyahıda “Star Wars Jedi: Survivor, Mortal Kombat 1, Hogwarts Legacy, Madden NFL 24, Marvel’s Spider-Man 2 və The Legend of Zelda: Tears of the Kingdom oyunlarıda yer alıb. (Ətraflı reytinq siyahısı şəkildə qeyd olunub).

2024-cü il üçün proqnoza gəlincə isə analitiklər çox ehtiyatlıdırlar. 2023-cü ildə bir çox yüksək səviyyəli buraxılışlar və bir çox yüksək profilli ixtisarlar müşahidə olunurdu, buna görə də şirkətlər öz strategiyalarını korrektləşdirmək və oyunların yaradılma tempi yavaşlayacaq. Ekspertlərin fikrincə, bu, sənayeyə uzunmüddətli təsir göstərməlidi.