Bildiyiniz kimi, Counter-Strike-dəki silah “skinləri” artıq uzun müddətdir ki, qiymətli aktivlər və kolleksiya əşyaları sırasına daxil olur. Və bu yaxınlarda CS2-də, bir çox treyderin mübarizə aparacağı ən bahalı AK-47 silahı təqdim edildi.
CS2 oyunçusu “661” nömrəli naxışla AK-47 üçün “Səthi bərkidilmiş” skin hazırladı. Skin mavi rəngin mümkün olan maksimum miqdarını ehtiva etməsi ilə diqqət çəkir. Silahın özü ideal vəziyyətdədir — ondan hələ heç 1 güllə də olsun atılmayıb. Qeyd edək ki, təqdim olunan “skin” Çin ticarət platformasında göründü.
“StatTrak” etiketli silah bu növdə ilkdi. Treyderlərin ilkin hesablamalarına görə, skinin özünün qiyməti 800 min dollardan 1 milyon dollara qədər dəyişə bilər, (onun qiymətini artıra biləcək üzərində heç nadir stikerlər də yoxdur.) Mütəxəssislər hesab edirlər ki, son qiymət mətbuatda gedən ajiotaj səbəbindən daha da yüksək ola bilər.
