24 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

Porsche yeni tam elektrikli «Macan» krossoverini təqdim edib

Porsche Macan alman brendinin ikinci seriyalı elektrik avtomobili oldu. O, bir anda iki versiyada təqdim olunur: Macan 4 və Macan Turbo — hər ikisi tam ötürücülü iki mühərrikli versiyaya malikdir, lakin sürücülük xüsusiyyətləri baxımından nəzərəçarpacaq dərəcədə fərqlənir.

Macan 4 bazasındakı elektrik mühərriklərinin ümumi gücü 479 Nm fırlanma anı ilə 300 kVt (480 at gücü) təşkil edir. Bu, avtomobilə 100 km/saat sürəti 4,9 saniyəyə yığmağa imkan verir. Yeni məhsulun akkumulyatorunun gücü 100 kVt/saatdır. İstehsalçı iddia edir ki, 270 kVt sürətli enerji doldurma texnologiyası batareyanı cəmi 21 dəqiqə ərzində 10%-dən 80%-ə qədər “doldurur”.

Maksimal sürət 220 km/saat ilə məhdudlaşdırılıb. Macan Turbo modifikasiyası ümumi gücü 470 kVt (639 at gücü, 1130 Nm) olan iki mühərriklə təchiz edilib və spidometrdə 3,1 saniyəyə “yüz”ə çatır. Avtomobilin maksimal sürəti 260 km/saatdır.

Porsche Macan 4 qiyməti 78 800 dollardan, Macan Turbo isə 106 960 dollardan başlayır.

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr