24 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

Insayder: oyunların qiymətləri 100 dollara qədər yüksələcək

Bəzi ölkələrin vətəndaşları üçün video oyunlar kifayət qədər bahalı zövqdür. Hər kəs növbəti yeni məhsula 60 (bəzən hətta 70) dollar xərcləyə bilməz. Təəssüf ki, böyük şirkətlərin rəhbərləri bu problemlərdən narahat deyillər.

Məşhur insayder Tom Henderson xoşagəlməz proqnozlarla paylaşıb. Birincisi, o, yeni təqdim olunacaq oyun qiymətlərinin 100 dollara qədər artacağına (indiki məzənnə ilə təxminən 170 manat) əmindir. İkincisi, platforma sahibləri tezliklə tamamilə rəqəmsal sistemə keçid alacaqlar, beləliklə, növbəti PlayStation və Xbox modellərində disk yerləri sadəcə olmayacaq. Üçüncüsü isə Sony və Microsoft portativ konsollarını buraxmalıdırlar.

Qeyd etmək lazımdır ki, bunlar yalnız Hendersonun fərziyyələridir və vaxtaşırı onlarla saytında bölüşür. Bununla belə, fərziyyələr əsassız deyil: bəzi naşirlər (məsələn, 2K) sənayenin 60 dollarlıq qiymət etiketindən uzaqlaşmağın vaxtı olduğuna inanırlar (yani oyunlar daha baha olmalıdır) və geniş miqyaslı ixtisarlar oyun şirkətlərinin maliyyəsinin o qədər də böyük olmadığına açıq şəkildə işarə edir.

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr