“Point Blank” oyunu üzrə dünya çempionatı başa çatıb.
Azərbaycanlı oyunçulardan ibarət “Good Game Club” komandası yarışların qalibi olub.
🏅Vüqar “Deeper” Fətəliyev
🏅Sahib “ATALANT” Məmmədzadə
🏅Ali “LİBERİAN” Məmmədov
🏅Ümid “JES1Z” Daşdəmirov
🏅Alimet “BEZWANS” Alimetov
Həmyerlilərimiz final qarşılaşmasında İndoneziya komandasını 3:2 hesabı ilə məğlub ediblər. Üçüncü yeri isə Rusiya klubu tutub.
Qələbə nəticəsində “Good Game Club”a 55 min dollarlıq pul mükafatı təqdim olunub. Hər zaman uğurla qardaşlar!