“Block” şirkəti kriptovalyutalarla əməliyyatlarda iştirak edən insanlar üçün faydalı bir cihaz buraxıb. Bitkey “daş” pul kisəsinin qiyməti 150 dollar təşkil edir və bitkoinləri birjadan xaric saxlayır. Bu, valyutanı birjaların potensial çöküşündən qorumaq üçün lazım gəlir.
Bitkey mobil proqrama keçid verir, həm də istifadəçi pul kisəsini və ya smartfonunu itirdiyi halda girişi bərpa etmək üçün üçüncü tərəf alətlərini də dəstəkləyir. Cihazın yuxarı hissəsində barmaq izi sensoru var. Proqram və pul kisəsi arasında pul köçürmək üçün USB Type-C şarj portu və NFC çipi də mövcuddur.
Bundan əlavə, Bitkey Bitcoin-in köçürülməsi və alınması üçün Coinbase onlayn platforması və Cash proqramı ilə inteqrasiya oluna bilər.