29 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

NASA Ayda bitki yetişdirməyi planlaşdırır

NASA kosmosda bitki əkmək üçün ilk genişmiqyaslı təcrübə proqramını planlaşdırır. İlk cihaz LEAF adlandırıldı və əslində, o, istixanadır və Ayın səthində ekstremal şəraitin bitkilərə təsirini öyrənmək üçün nəzərdə tutulub.

Ondan əlavə astronavtlarla birlikdə peykə daha iki modul çatdırılacaq. Söhbət LEMS — Ay mühitinin monitorinqi stansiyasından, həmçinin LDA — Ayın dielektrik analizatorundan gedir. Birincisi, ay zəlzələlərini izləyə bilən avtonom seysmometrlərin quraşdırılmasını nəzərdə tutur. Təcrübə üç il davam edəcəyini təxmin edilir, onun sayəsində NASA Ayın qabığının və mantiyasının strukturunun ətraflı xəritəsini tərtib edə biləcək.

LDA isə Ayın daxili quruluşu haqqında məlumat toplayacaq və peyk fırlandıqca Günəşin bucağının dəyişməsi nəticəsində yaranan dielektrik dəyişiklikləri izləməlidi. Onun köməyi ilə isə buzların təxmini yataqlarını tapmaq mümkün ola bilər.

NASA bildirir ki, bitkilərin böyüməsi və inkişafı, eləcə də ətraf mühit parametrləri ilə bağlı məlumatlar alimlərə Ayda yetişdirilən bitkilərin böyümə mexanizmlərini — həm qida mənbəyi kimi, həm də peykdə və ondan kənarda həyatı dəstəkləmək üçün başa düşməyə kömək edəcək.

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr