Alman avtomobil istehsalçısı yeni flaqman elektrokar — EQS 2025 modelini təqdim etdi. Xarici olaraq, o, sələfindən çox da fərqlənmir, lakin kapotunda məşhur ulduzu (loqosu) və təkmilləşdirilmiş aparat platformasını əldə edib: akkumulyator tutumu artıb və bərpa sistemi təkmilləşdirilib, bu isə birbaşa elektromobilin getmə ehtiyatına təsir göstərir.
Baza versiyasında elektromobil indi 55 düymlük MBUX hiperekranı və Dolby Atmos dəstəyi ilə audio sistemi ilə təchiz olunub. Sürücünün arxasındakı sərnişinin görünüşünü yaxşılaşdırmaq üçün sağ ön oturacağın qatlanması funksiyası, tənzimlənən arxa oturacaqların arxaları və qızdırılan çiyin və boyun nahiyələri də mövcuddur.
Əsas texniki yenilik 118 kVt/saat tutumlu akkumulyatordur. Əyləc zamanı enerjinin bərpası da yaxşılaşdırılıb və enerji ehtiyatını artırmaq üçün daha iki funksiya peyda olub: 4×4 konfiqurasiyasında ön təkərin avtomatik bağlanması və salonun daha qənaətlə istiləşməsinə imkan verən istilik sistemi. Nəticədə, IT Home portalının məlumatına görə, avtomobilin maksimal konfiqurasiyada hərəkət məsafəsi 544 km-dən 822 km-ə yüksəlib.
Avtomobil 2024-cü ilin sonundan əvvəl satışa çıxarılacaq, lakin qiyməti hələ açıqlanmayıb.
Fikirləriniz ?