27 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

Google DeepMind robotlara futbol oynamağı öyrədir [Video]

Google şirkətinin bölmələrindən biri “DeepMind”, robotları — belə deyilən, “möhkəmləndirilmiş dərin öyrənmədən” istifadə edərək futbol oynamağı öyrədiblər, yəni robotlar strukturlaşdırılmamış məlumatları emal etmək üçün nəzərdə tutulublar. Məsələn, bu, adi sistemdə olan 1-dən 100-ə qədər rəqəmlər dəsti deyil, tamamilə gözlənilməz məlumatlardır, məsələn, oyun sahəsində sürətlə dəyişən oyun mühitini hesablamaq üçün lazım olur.

Robotlar elə hərəkət edirlər ki, məşq zamanı müsbət kimi qeyd olunan nəticəni əldə etsinlər: məsələn, yıxıldıqdan sonra ayağa qalxmaq müsbət nəticədir. Nailiyyətin digər analoji nailiyyətlərdən fərqi odur ki, bu üsul robotların məkanda fiziki koordinasiyasına tətbiq edilib.

Əvvəlcə “tətqiq olunanlar” iki tapşırıq üzərində cəmləşərək kompüter simulyasiyasında məşq etdilər: yıxıldıqdan sonra ayağa qalxmaq və qol vurmaq kimi tapşırıqları yerinə yetirirdilər və sair. Tədqiqatçılar daha sonra bu bacarıqları təkbətək futbol oyununda birləşdirdilər. Getdikcə daha çox oynayan robotlar bacarıqlarını videoda göstərdikləri nöqtəyə qədər təkmilləşdirdilər.

Hərəkətlərinin sayına: təpik, müdafiə, rəqibin hərəkətlərinə reaksiya və hədəfə “məqsədli vuruş” daxildir. Tədqiqatçılar həmçinin qeyd edirlər ki, robotlar əvvəlcədən proqramlaşdırmaqda çətin olan qeyri-standart davranışlar nümayiş etdirirlər. Təlim daha çox simulyasiyada aparıldığı üçün belə bor hallar baş verirdi, amma gələcəkdə şirkət robotların davranışını uyğunlaşma qabiliyyətini daha da artırmaq üçün oyun sahəsində baş tutacaq “təlim”-lərə başlamağı planlaşdırırlar.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr