27 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

yeni BYD akkumulyatorları elektromobillərin getmə ehtiyatını artıracaq

Tesla, Ford, Kia, Hyundai, Toyota və bir çox digər istehsalçıların elektrik avtomobilləri bazarda ən yaxşı xüsusiyyətlərə görə Çin şirkətinin BYD batareyaları ilə təchiz edilmişdir. Elektrek portalı BYD-nin akkumulyatoru daha da yaxşılaşdırmaq niyyətində olduğunu bildirib və inkişafın əsas xüsusiyyətlərini açıqlayıb.

Jurnalistlərin məlumatına görə, BYD-nin baş direktoru Vanq Çuanfu bu yaxınlarda keçirilən maliyyə iclası zamanı bildirib ki, yeni Blade seriyalı batareyalar eyni tutumla daha kiçik və yüngül olacaq. Bu o deməkdir ki, gələcək elektrik avtomobilləri daha da avtonom olamalıdı. “Elektrek” portalının məlumatına görə, enerji sıxlığı indiki 150 Wh/kq-dan 190 Wh/kq-a qədər arta bilər ki, bu da son nəticədə elektromobillərin getmə ehtiyatını 1000 kilometrə qədər artırmasına gətirib çıxaracaq.

Yeni batareyaların gözlənilən buraxılış tarixi 2024-cü ilin avqustudur. Hazırkı Blade seriyalı akkumulyatorlar enerji sıxlığı ilə yanaşı, qeyri-adi forması ilə də seçilir. Onun sayəsində hüceyrələr daha yaxşı soyudulur, yəni batareya daha uzun müddət işləyir və daha çox elektrik enerjisi istehsal edir. Digər bir xüsusiyyət, səkkiz illik zəmanətlə 5000 şarj və deşarj dövrüdür.

Fikirləriniz ?

BYD Blade Battery

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr