24 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

A seriyasından daha yaxşıdır ? Büdcəli «Samsung Galaxy C55» 120 Hz ekran və Snapdragon əldə etdi

Elan etmədən Samsung şirkəti Çində yeni Galaxy C55 smartfonunu təqdim etdi. C seriyası ultra büdcəli cihazlar üçün nəzərdə tutulsada, məhz bu dəfə C55 hətta bəzi A seriya smartfonlarında da üstün görsənir.

İlk növbədə, Samsung Galaxy C55 arxa tərəfi dəri materiala stilizə edilmiş dizaynı ilə seçilir. İstehsalçı materialı dəqiqləşdirməyib, ona görə də onu, köhnə Galaxy Note3-də olduğu kimi ya süni dəri, ya da plastik olacağını düşünə bilərik. Eyni zamanda, smartfonun ümumi görünüşü bütün 2024 marka modelləri ilə eyni dizayn koddadır.

Ön tərəfində, 2400×1080 piksel təsvir ölçüsündə, 120 Hz yeniləmə tezliyinə və 1000 nit parlaqlığa malik 6,7 düymlük “düz” Super AMOLED+ displeyinə malikdir. Ekranda daxili barmaq izi skaneri və 50 meqapiksellik selfi kamerası var. Arxa tərəfində üç kamera, o cümlədən f/1.8 apertura və optik stabilizasiyaya malik 50 meqapiksellik əsas kamera, 8 meqapiksellik ultra geniş bucaqlı kamera və digər 2 meqapiksellik kamera da var. 4K video çəkiliş də mövcuddur.

Smartfon Snapdragon 7 Gen 1 prosessoru üzərində qurulub və 8 və ya 12 GB operativ yaddaşla təchiz edilib. 256 GB yaddaş microSD kart vasitəsilə 1 TB-a qədər genişləndirilə bilər. 45 Vt sürətli şarjı dəstəkləyən 5000 mAs batareya həcminə də sahibdir.

Əlavə xüsusiyyətlərə Dolby Atmos dəstəyi ilə stereo dinamiklər və NFC istifadə edərək kontaktsız ödəniş dəstəyi daxildir.

Yeni məhsul artıq Çində 8 + 256 GB versiyası üçün 275 dollar, 12 + 256 GB versiyanın qiyməti isə 319 dollardır təşkil edir.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr