24 C
Баку
Вторник, 8 июля, 2025
spot_img

Volvo tez bir zamanda sürücüsüz avtonom yük maşınlarını yollara çıxaracaq

İsveç avtomobil istehsalçısı Volvo hazırda Aurora ilə əməkdaşlıqda avtonom idarə olunan avtonəqliyyat vasitəsini təqdim edib. Əslində, şirkətlər bütün Volvo Group yük maşını markalarının istehsalı üçün qlobal avtonom texnologiya platformasını təqdim etdilər.

Avtonom avtomobil Volvo VNL yarımqoşqu modelinə əsaslanır. Yük maşını avtonom idarəetmə sistemi üçün çoxlu sensorlar və kameralarla təchiz olunub. Model, yük maşınının sürücünün müdaxiləsi olmadan yollarda hərəkət etməsinə imkan verən 4-cü Səviyyə avtonomiyasını qəbul edir.

Qeyd edək ki, Aurora özünü idarə etmə texnologiyasını inkişaf etdirir və Google, Uber və Tesla rəhbərləri tərəfindən təsis edilib. İstehsalçı 2024-cü ildə 20 tam avtonom qoşqulu yük maşını buraxmaq niyyətindədir. 2025-ci ilə qədər bu rəqəmin 5 dəfə artırılması planlaşdırılır.

Hələ ki, bütün bu müddət ərzində pilotsuz nəqliyyat vasitələri ilə bağlı bir dənə də olsun böyük insident qeydə alınmayıb. Şirkətlər indi Continental avtomobil istehsalçısı ilə 2027-ci ilə qədər pilotsuz yük maşınlarının tam miqyaslı istehsalı üzərində işləyirlər.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr