Ətraf Mühitin Mühafizəsi Agentliyinin EDA hesabatına görə, Recurrent-in araşdırmasına istinadən, cəmi üç ildən sonra Tesla Model 3 və Model Y-nin orta batareya tutumu orijinal dəyərlərin 64%-nə çatır. Avtomobil ümumiyyətlə istifadə edilməsə belə, batareya tutumunjn təxminən dörddə bir hissəsi azala bilər.
Recurrent-in araşdırması 7078 Model 3 elektrik avtomobilindən və 5120 Model Y avtomobilindən toplanmış məlumatlara əsaslanır.
Hətta 0 km/saat sürətində və ya avtomobil boş vəziyyətdə olduqda belə, akkumulyatorla əlaqədar diapazon 70-72,5%-ə qədər azalır. Beləliklə, üç ildən sonra sıfır yürüşlü Tesla Model 3 Performance, bir şarjdan öz məsafəsini 505-dən 370 km-ə qədər azaldacaq.
Məsələ burasındadır ki, EDA sınaq protokolları temperaturun dəyişməsini və ya elektromobilin 100 km/saatdan yuxarı sürətlə hərəkətini nəzərə almır. Amma yaxşı xəbər də var. Məsələn, Tesla avtomobil akkumulyatorları digər istehsalçılarla müqayisədə tutum itkisinə o qədər də həssas deyil.
Fikirləriniz ?
