ABŞ Əmək Departamenti üç şirkəti, o cümlədən “Hyundai Motor Manufacturing”-in Alabama ştatındakı törəmə müəssisəsini “qeyri-qanuni uşaq əməyi”-ndə ittiham edərək məhkəməyə verib. ABŞ hökuməti “qeyri-qanuni uşaq əməyi” ilə bağlı bütün gəlirlərin müsadirə edilməsini tələb edir.
İstintaq zamanı məlum olub ki, 13 yaşlı gənc Alabama ştatının Luverne şəhərindəki konveyerdə, metalları gövdə panellərinə çevirən maşın arxasında həftədə 50-60 saat işləyirmiş. Dispetçer şirkəti “Best Practice Service” 13 yaşlı uşağı Hyundai Motor üçün hissələri istehsal edən Smart Alabama zavodunda montaj xəttində işləməyə göndərdi. ABŞ hökuməti bildirib ki, “üç şirkət birgə uşağı işə götürüb”.
”ABŞ-da 13 yaşlı bir uşağın konveyerdə işləməsi şok edicidir” Əmək və Maaş Departamentinin direktoru Jessica Luhmann bildirdi.
Fikirləriniz ?