Tesla bir daha elektrik avtomobillərini geri çağırdığını açıqladı. Bu dəfə səbəb kapotun nasazlığı olub ki, bu da səfər zamanı onun açılmasına və sürücünün baxışına mane ola bilməsidi. Mövcud məlumata görə, qüsur 1,8 milyondan çox müxtəlif modelli avtomobilə təsir edib.
Problem ilk dəfə 2024-cü ilin martında kapotun təsadüfi açılmasından şikayət edən Çindən olan müştərilər tərəfindən bildirilmişdi. Aprel ayına qədər Tesla səbəbin əyri kilid açarı olduğunu müəyyən etdi, lakin elektrik avtomobil sahiblərinə kapotun açıq olması barədə məlumat verilmədi.
Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi İdarəsinə (NHTSA) təqdim edilən sənədə əsasən, problem aşağıdakı modellərə təsir edib:
— Model 3: 21 sentyabr 2020-ci il və 2 iyun 2024-cü il tarixləri arasında istehsal edilmiş 2021 — 2024 modeli;
— 2021 — 2024 Model S: 26 yanvar 2021-ci il və 15 iyul 2024-cü il tarixləri arasında istehsal edilmiş;
— 2021 — 2024 Model X: 18 avqust 2021-ci il və 15 iyul 2024-cü il tarixləri arasında istehsal edilmiş;
— Model Y: 2020 — 2024 model ili, 9 yanvar 2020-ci il və 15 iyul 2024-cü il tarixləri arasında istehsal edilmiş.
Tesla mühəndisləri problemi iyunun əvvəlində araşdırmağa başlayıblar və iyulun ortalarında şirkət NHTSA-ya məlumat verərək avtomobilləri geri çağırmaq qərarına gəlib. Şirkət problemi proqram təminatının yenilənməsi ilə aradan qaldırmağı planlaşdırır. Yeni proqram təminatı kapotun açıq olub-olmadığını dəqiq müəyyən edə biləcək.
Fikirləriniz ?