27 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

Türkiyə höküməti «Instagram» ardından indi də «Telegram»-ı bloklamağa hazırlaşır

Türkiyənin Texnologiya və Kommunikasiya Şurası teleqramın baş ofisinə qanunsuz fəaliyyət üçün istifadə edilən kanalların bağlanması tələbi ilə 1 000-dən çox xəbərdarlıq göndərib.

Türkiyə rəsmiləri “Telegram”ın narkotik maddələrin satışı, fahişəliyin təbliği, qumar oyunları və uşaq pornoqrafiyası ilə videoların yayılması üçün istifadə edildiyi üçün onun bloklanması ehtimalı barədə xəbərdarlıq edib.

Bu barədə “Takvim” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər yayıb. Məlumata görə, Türkiyənin Texnologiya və Kommunikasiya Şurası “Telegram”ın baş ofisinə qanunsuz fəaliyyət üçün istifadə edilən kanalların bağlanması tələbi ilə 1 000-dən çox xəbərdarlıq göndərib, lakin hələ də cavab almayıb.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr