8 C
Баку
Суббота, 19 апреля, 2025
spot_img

«Minecraft» kinosunun yeni treyleri təqdim olundu: cəmi 18 saata 12 milyon izləmə

Warner Bros. Pictures studiyası Minecraft filminin debüt tizerini təqdim etdi. Bir dəqiqədən bir az çox çəkən video filmdə tanınan “kubik” dizaynda landşaft detallarının, obyektlərin və canlıların hansı səviyyədə həyata keçiriləcəyini aydınlaşdırır.

The Beatles-ın Magical Mystery Tour mahnısının müşayiəti ilə tizer həmçinin filmin əsas personajlarını təqdim edir. Orada onlar Stiv adlı qəribə bir adamla (Minecraft oyununda baş qəhrəmanın standart görünüşü) komanda yaratmalı və kainatı məhv olmaqdan xilas etməli olacaqlar.

Minecraft filmində əsas rollar Ceyson Momoa və Cek Blekə həvalə edilib. Filmdə həmçinin Emma Myers, Danielle Brooks və Sebastian Eugene Hansen rol alır.

Rejissor Jared Hess-dən olan Minecraft oyunun filmi 4 aprel 2025-ci il tarixində kinoteatrlarda nümayiş olunacağı gözlənilir.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr