Bir Kaliforniya yanğınsöndürmə idarəsinə “Tesla Semi” elektrik yük maşınının söndürülməsi üçün 50.000 qallon (189.000 litr) su tələb olunmuşdu Bu məlumatı ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) paylaşıb. Hadisəni aradan qaldırmaq üçün bütöv bir təyyarəni səfərbər etdilər.
Hadisə avqustun 19-da Kaliforniyanın Sakramento şəhərinin şərqində baş verib. Tesla Semi yolun kənarına çıxıb, bundan sonra avtomobil ağaca çırpılıb. Xoşbəxtlikdən yük maşınının sürücüsü xəsarət almayıb.
Yanğın batareyanın nasazlığı səbəbindən baş verib. 900 kVt/saat tutumlu akkumulyator 537 dərəcə selsi temperaturuna çatıb. Yanğın axşam saatlarına qədər davam edib və bütün bu müddət ərzində yanğınsöndürənlər batareyanı soyutmaq üçün sudan istifadə etməli olublar.
Yanğın başlayandan 16 saat sonra yanğın söndürülüb. Bütün bu müddət ərzində magistral avtomobillərin hərəkəti üçün bağlanıb. NTSB-nin məlumatına görə, agentliyin hələ 2021-ci ildə bildirdiyi müasir elektromobillərdə bu tip akkumulyatorlardan istifadə çox təhlükəlidir.
Fikirləriniz ?
