Ford şirkətinin keçmiş mühəndisi olan Şeyn Elvart, ailəsi və dostları ilə birlikdə öz qarajında cəmi 100 gün ərzində tam hüquqlu avtomobil hazırlamağı bacardılar.
Prototip üçün keçmiş mühəndis qolf arabasından şassini götürdü ki, bu da ona layihənin büdcəsini azaltmağa və onun üzərində işi asanlaşdırmağa imkan verdi. Şeyn idarə sistemi kimi Xbox konsolundan olan gamepaddan istifadə etdi və ondan sonra ən çox problem məhz onunla yaşandı.
Mühəndis həmçinin bir lövhəli Arduino kompüterini də layihəyə əlavə etdi. O, məlumatları emal edə bilən və sensorlar, LED-lər, mühərriklər və digər elementlər kimi digər elektron komponentləri idarə edə bilən mikrokontrollerə əsaslanır.
Avtomobilin bəzi hissələri 3D printerdə çap edilib. Keçmiş Ford mühəndisi bu məsələdə YouTube dərsliklərinə etibar edirdi. Nəticə isə göz qabağındadır.
Fikirləriniz ?