Nüfuzlu “The Wall Street Journal” nəşrinin öz mənbələrinə istinadən verdiyi məlumata görə, Qualcomm bu ilin sentyabrında şirkəti satın almaq təklifi ilə Intel-ə müraciət edib. Bu, sənayedəki ən böyük və ən əhəmiyyətli dəyişiklərindən biri ola bilər.
Və Intel-in bazar dəyəri hazırda 90 milyard dollar olaraq qiymətləndirilsə də, şirkət tarixinin ən böyük böhranı ilə üz-üzədir. Anlamaq üçün, cari ilin ikinci rübündə prosessor istehsalçısı 1,6 milyard dollar itkilər barədə məlumat verib, baxmayaraq ki, ilin əvvəlində bu rəqəm təxminən dörd dəfə az — 437 milyon dollar olmuşdur.
“Bir nömrəli məqsədimiz on ildən çoxdur ki, sərmayə azlığı nəticəsində yaranan texnoloji boşluğu aradan qaldırmaq səylərimizi sürətləndirmək olub” — bu sözləri, bu ilin əvvəlində investorlar qarşısında çıxış edərək Intelin baş direktoru Pat Gasinger bildirib. Ondan əlavə onun sözlərinə görə, bu məqsədə şirkət artıq 2026-ci ildə çatacağını söylədi.
Qeyd edək ki, Intel şirkətinə təklif olunan məbləğ hələlik açıqlanmayıb. Intel-in Qualcomm-un təklifini qəbul edib-etməyəcəyi də məlum deyil. Amma bu baş verərsə, biz bazarda böyük dəyişikliklər gözləyə bilərik.
Fikirləriniz ?