“Omdia” analitik şirkəti 2024-cü ilin birinci yarısının nəticələrinə əsasən dünyanın ən çox satılan smartfonlarının reytinqini dərc edib. Həmişə olduğu kimi, Apple cihazları liderlik edir, lakin bu il Android ilə işləyən cihaz da ilk üçlüyə daxil olub.
Analitiklərin fikrincə, 2024-cü ilin birinci yarısında ən çox satılan smartfon — 21,8 milyon ədədlə satılan “iPhone 15 Pro Max” olub. İkinci yerdə satışları 17,8 milyon ədəd təşkil edən adi “iPhone 15” qərarlaşıb. 0,5 milyon kiçik marja ilə üçüncü yeri “Samsung Galaxy A15” tutub.
Dördüncü yeri “iPhone 15 Pro” tutur (16,9 milyon ədəd satılıb). Onun arxasında nəzərəçarpacaq fərqlə “Galaxy S24 Ultra” (12,6 milyon) qərarlaşır — ilk 10-luqdakı yeganə bahalı Android cihazı. “iPhone 13” isə cəmi 0,1 milyon geridə qaldı.
Yeddinci yerdə “Galaxy A15 5G” (12,2 milyon) qərarlaşıb. Səkkizinci yeri “Redmi 13C” (11,8 milyon), doqquzuncu “iPhone 14” (11,2 milyon), onuncu yeri isə “Galaxy A05” (10 milyon) tutub. Əvvəlki illərlə müqayisədə birinci və sonrakı yerlər arasında fərq getdikcə azalır.
Fikirləriniz ?
