Korporativ mədəniyyəti 30 il ərzində qurulmuş, 3 trilyon dollarlıq süni intellekt çip istehsalçısı Nvidia-da işləmək necədir?
İyun ayında 3 mindən çox Nvidia işçisi arasında aparılan sorğu göstərdi ki, onların 76%-i milyonçudur (ümumilikdə şirkətdə təxminən 30 min işçi çalışır). Eyni zamanda, sorğu edilən hər üçüncü şəxsin sərvəti 20 milyon dolları ötür. 2022-ci ilin oktyabr ayından etibarən Nvidia səhmləri 1000%-dən çox artıb.
Bu, əsasən onların hazırda 3,11 trilyon dollar dəyərində olan şirkətdəki payından asılıdır.
Qeyd edək ki, Nvidia, Microsoft və Apple ilə birlikdə hazırda dünyanın ən dəyərli üç şirkətindən biridir.
Fikirləriniz ?