Oyunçular “Red Dead Redemption”-ın PC-də gecikmiş buraxılışına sevinən kimi, daha ətraflı məlumat təqdim olunan zaman qəzəbləndilər. Take-Two nəyəsə görə hesab edir ki, bu yenidən buraxılan köhnə oyun, yeni layihələr qiymətinə satılmalıdır.
Heç bir xüsusi təkmilləşdirmə (köhnə bulanıq teksturalar daxil olmaqla) olmayan on dörd illik oyununun PC portu — 50 dollara başa gələcək — ən azı Take-Two belə düşünür. Lakin oyunçular bununla razılaşmırlar: qiymət siyasəti Reddit-də emosional müzakirələrə səbəb oldu.
Qeyd edək ki, Red Dead Redemption 29 oktyabr tarixində satışa təqdim olunacaq. Oyun Steam, Epic Games Store və Rockstar Store-da satışa çıxarılacaq. Bu yaxınlarda müəlliflər layihənin sistem tələblərini dərc etdilər və onlar da belə bir köhnə oyun üçün olduqca ağırdır.
Minimum konfiqurasiya:
ƏS: Windows 10
Prosessor: Intel Core i5-4670 / AMD FX-9590
RAM: 8 GB
Video kart: NVIDIA GeForce GTX 960 / AMD Radeon R7 360
DirectX: 12
Diskdə yer: 12 GB
Tövsiyə olunan konfiqurasiya:
ƏS: Windows 10
Prosessor: Intel Core i5-8500 / AMD Ryzen 5 3500X
RAM: 8 GB
Video kart: NVIDIA RTX 2070 / AMD RX 5700 XT
DirectX: 12
Diskdə yer: 12 GB
Fikirləriniz ?