24 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

Süni intellektlə yaradılmış rəsm bir milyon dollara satıldı

Alan Turinqin insanabənzər robot tərəfindən yaradılmış unikal portreti “Sotheby’s” hərracında satılıb. İki metr hündürlüyündə olan “AI God” adlı əsər 1.084.800 dollara satılıb.

Robot rəssam “Ai-Da” Aidan Meller tərəfindən dizayn edilmişdir. Bu hadisə tarixdə ilk dəfə olaraq süni intellektin yaratdığı əsərin hərracda sərgilənərək satılmasına səbəb oldu. Təşkilatçılar rəsmdən təxminən 180 min dollar əldə edə biləcəklərini güman edirdilər, lakin rəsm 5 dəfə baha satıldı.

Robot studiya üzvləri ilə söhbətlər vasitəsilə ideyalar yaradır. Süni intellekt “Yaxşılıq üçün süni intellekt” mövzusunda müzakirə zamanı Turinqin obrazını yaratmağı təklif edib. Türinqin sönük rənglərdə və “sınıq” teksturalı təsviri süni intellektin idarə olunması ilə bağlı çətinlikləri xatırladır.

İlk qadın kompüter proqramçısı Ada Lavleysin adını daşıyan Ai-Da Oksford və Birmingem mütəxəssisləri tərəfindən hazırlanmışdır. Robot təkcə sənət yaratmaq üçün deyil, həm də texnologiya və mədəniyyətin qarşılıqlı əlaqəsi haqqında müzakirələr təşkil etmək üçün nəzərdə tutulub.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr