“Multiplayer” oyunları demək olar ki, hər həftə buraxılır, lakin bu günlərdə yalnız bir komanda doğrudan da ürəkaçan “əməkdaşlıq” sərgüzəştlərini təqdim edə bilir: “Hazelight Studios”. Oyunçular aktiv olaraq yeni layihələr haqqında məlumatlar gözləyirlər və həmişə olduğu kimi, bu suala cavab, insayder tərəfindən təqdim edildi.
Həqiqi sızıntıları ilə məşhur olan “billbil-kun” adlı istifadəçi Hazelight-ın “Split Fiction” adlanacağı növbəti layihəsinin təfərrüatlarını paylaşdı. Beləliklə, başlığın ilk treyleri bu ay nümayiş etdiriləcək (ehtimal ki, The Game Awards 2024-də), PC və konsollarda buraxılış isə 6 mart 2025-ci ildə baş tutacaq. Platformaların dəqiq siyahısı, təəssüf ki, hələ məlum deyil.
Xatırladaq ki, Hazelight Studios — “Brothers: A Tale of Two Sons” oyunun yaradıcısı ekssentrik Youssef Fares tərəfindən təsis edilib. Ümumilikdə, studiya iki oyun buraxıb: A Way Out və It Takes Two.
Fikirləriniz ?