Milanda keçirilən EICMA 2024 sərgisində yeni kompakt elektrik avtomobili “Dresner A05” təqdim olunub. Maksimal sürəti 45 km/saata təşkil edir və texniki cəhətdən Avropa L6e standartına uyğun olaraq kvadrisikl kimi təsnif edilir və buna görə də bunun üçün adi avtomobil kimi sürücülük vəsiqəsi tələb olunmur.
Elektromobil 3 kVt-lıq mühərrik və 7,2 kVt-saatlıq akkumulyatorla təchiz edilib ki, bu da enerji doldurmadan 120 km-ə qədər məsafəyə səyahət üçün kifayətdir. Bəzi ölkələrdə kvadrisikl 14 yaşdan yuxarı yeniyetmələr tərəfindən idarə oluna bilər.
Yeni məhsulun qiyməti 9900 avro olacaq, lakin əvvəlcədən sifariş etməklə 2000 avroya qənaət etmək olar. Desner 2025-ci ilin ikinci rübündə elektromobilin tədarükünə başlamağı planlaşdırır.
Fikirləriniz ?