OnePlus şirkəti “OnePlus Pad” planşetinin yenilənmiş versiyasını təqdim etdi. O, praktiki olaraq orijinal modeldən fərqlənmir, lakin yeni prosessor üzərində qurulub və xüsusiyyətləri nəzərə alınmaqla nisbətən daha münasib qiymətə satışa çıxarılır.
OnePlus Pad (2024) modelinin sistemin əsasında əvvəlki versiyada olan “Dimensity 9000” əvəzinə indi “MediaTek Dimensity 8350” mobil platforması quraşdırılıb. Cihaz 144 Hz yenilənmə tezliyi və 2800×2000 piksel təsvir ölçülü (7:5 tərəf nisbəti) olan 11,6 düymlük IPS ekranla təchiz edilib. Maksimum parlaqlıq göstəricisi idə 700 nitdir.
Ön və əsas kameraları 8 meqapiksel, akkumulyatorun tutumu 9520 milliamper/saatdır (sürətli enerji doldurma 67 Vt). Planşet ColorOS 15 proqram təminatı ilə işləyir, OnePlus Pad-in Çin bazarında olan qiyməti:
8/128 GB: 274 dollar
8/256 GB: 314 dollar
12/256 GB: 369 dollar
12/512 GB: 424 dollar
Fikirləriniz ?