Tesla dördüncü rüb və 2024-cü il üçün elektromobil istehsalı və tədarükləri haqqında məlumatları dərc edib. Ümumilikdə şirkət il ərzində 1,77 milyon elektrik avtomobili istehsal edib ki, bu da əvvəlki illə müqayisədə 4% azdır və 1,79 milyon elektrik avtomobili (illiklə müqayisədə 1% azalma) tədarük edib. Həmçinin 31,4 GVt/saat enerji saxlama sistemlərini də quraşdırılıb.
Bununla belə, Tesla dördüncü rübün 495 570 elektrik avtomobili ilə tədarüklər üzrə rekord olduğunu bildirib. Həmçinin rüb ərzində 11 GVt/saat enerji saxlama sistemlərinin yerləşdirildiyi açıqlanıb ki, bu da rekord göstəricidir. Elektrikli avtomobil istehsalı 2024-cü ilin son rübündə 459 445 ədəd təşkil edib ki, bunların əksəriyyəti Model 3 və Model Y elektromobilləri olub.
Bununla belə, rekord rüb olsa da, şirkət əvvəlki ilin göstəricilərini keçə bilməyib. The Verge-nin qeyd etdiyi kimi, Tesla-nın CEO-su İlon Mask ilin əvvəlində artan rəqabətin və şirkətin köhnəlmiş elektrik avtomobilləri xəttinə tələbin azalmasının 2024-cü ildəki nəticələrə mənfi təsir edəcəyi barədə xəbərdarlıq etmişdi. Hətta 2023-cü ilin sonunda tədarüklərə başlayan məşhur Cybertruck pikap avtomobilinin satışı belə Tesla-nın bu il ümumi satışlarının azalmasını kompensasiya etmək üçün kifayət etmədi və şirkət tarixində ilk dəfə olaraq illik satış azalması ilə üzləşdi.
Mask, 2025-ci ildə daha sərfəli elektrik avtomobil modelinin, 2026-cı ilə qədər isə tam avtonom Cybercab modelinin yolda olduğunu, lakin hər iki layihənin hələ də həyata keçirilməsində çətinlik çəkdiyini söylədi. Tesla üçün ən böyük və ən vacib olan Çin bazarındakı vəziyyət optimizm əlavə etmir. Yerli satıcıların təsiri altında şirkət BYD və digər böyük oyunçulara payını itirməkdə davam edir.
Fikirləriniz ?