“Minecraft” oyunu öz yaradıcısı Markus Perssonu vaxtı ilə çox zəngin etdi, lakin hüquqları Microsoft-a satıldıqdan sonra o, uzun müddət xəbər gündəmindən itmişdi.
Yanvarın 1-də “Notch” təxəllüsü ilə də tanınan Markus Persson “X” sosial şəbəkəsində sorğu keçirdi və burada insanların onun oyunlarından hansını daha çox gözlədiyini öyrənməyə çalışdı: “Super Hot”, “Dungeons & Dragons” və ya “Minecraft 2”. Qalib əvvəlcədən bilinsədə, lakin gözlənilməz bir açıqlama gəldi: Persson bildirib ki, bunu rəsmi anons hesab etmək olar.
Pərəstişkarlarına yazdığı uzun məktubda tərtibatçı nəhayət “döyüş” ruhuna qayıtdığını və oyun yaratmağa hazır olduğunu söylədi.
“Mən Minecraft 2-ni anons edirəm. Fikirləşdim ki, insanlar həqiqətən də birinci oyuna çox bənzəməyən başqa bir oyun hazırladığımı görmək istəyə bilərlər, hazırda oyun yaradmağdan yenidən zövq alıram. Söhbət ilk olaraq nə etdiyimə (yaxud başqa oyunların olub-olmayacağına) əhəmiyyət vermədiyim üçün deyil, amma əminliklə deyə bilərəm ki, mən onu yaradıram. Mən həqiqətən Minecraft-ın mənəvi varisi şəklində ona ədalətli bir şans vermək istəyirəm, ona görə də sorğu keçirdim” — Persson məktubunda qeyd etmişdi.
Eyni məktubda “Notch” Microsoft-a xoşagəlməz bir sözləri də qeyd etdi: onun fikrincə, şirkət “Mojang” studiyasının işinə mənfi təsir göstərir. Persson hələ yeni oyununun təxmini buraxılış tarixini açıqlamayıb.
Fikirləriniz ?
