CES 2025 sərgisində NVIDIA videokartlarının yeni seriyasının — GeForce RTX 5090, 5080, 5070 və 5070 Ti-nin təqdimatı baş tutdu. Şirkət artıq yeni məhsulların qiymətlərini açıqlayıb və eyni zamanda kadr generasiya funksiyası olan DLSS 4.0 “upscale” texnologiyasını təqdim edib.
Bütün video kartlar soyutma kamerası və iki fan ilə “Founders Edition” versiyasında göstərildi. Flaqman GeForce RTX 5090 1792 GB/s ötürmə qabiliyyətinə malik 32 GB GDDR7 video yaddaş və 21 760 CUDA nüvəsi ilə təchiz edilib. İstehsalçıya görə yeni məhsul, “upscale”sız istifadə edən ssenarilərdə RTX 4090 ilə müqayisədə “iki dəfə sürətli”dir. Məsələn, Cyberpunk 2077-də, yeni model, tanıtım materiallarına görə, şüa izləmə və DLSS 4 ilə 238 kadr göstərir, eybi zamanda isə DLSS 3.5 ilə RTX4090 isə 106 kadr.
DLSS 4, NVIDIA-ya görə, hər əsas üçün üç aralıq kadrını yarada bilər. Oyunlarda teksturaları sıxa bilən, performansı yaxşılaşdıran və yaddaş istehlakını azaldan RTX Neural Shaders texnologiyası ilə birləşdirilir. Bundan əlavə, RTX Neural Faces üz generatoru elan edildi — funksiya oyun personajlarının real üzlərini və üz ifadələrini yaradır.
RTX 50 xəttinin bütün video kartları dördüncü nəsil RT nüvələri və beşinci nəsil Tensor nüvələri ilə təchiz edilmişdir. Bu konfiqurasiyanın şüa izləmə ssenarilərində video kartların effektivliyini yaxşılaşdıracağı gözlənilir.
Yeni məhsulların rəsmi qiymətləri:
GeForce RTX 5090 – 1999 dollar
GeForce RTX 5080 – 999 dollar
GeForce RTX 5070 Ti – 749 dollar
GeForce RTX 5070 – 549 dollar
Fikirləriniz ?
