27 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

Samsung «Galaxy S25″in rəsmi təqdimat tarixini açıqladı

Samsung şirkəti ilk dəfə olaraq tanıtım materiallarında Galaxy S smartfonlarının yeni seriyasını rəsmi olaraq qeyd etdi və gələcək yeni məhsulların təqdimat tarixini açıqladı. Eyni zamanda şirkət bu dəfə eyni anda üç deyil, dörd markalı cihazı nümayiş etdirəcəyinə eyham vurub.

Galaxy Unpacked təqdimat tədbiri 22 yanvar Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. Rəsmi tizerdə S25-lə bağlı məlumat olmasa da, brend öz press-relizində “yeni Galaxy S seriyası” ifadəsi ilə buna aydın şəkildə işarə edir. Dörd cihazı əks etdirən render əsasında Samsung çox güman ki, S25, S25+, S25 Ultra və S25 Slim-i təqdim edəcək. Təqdimat zamanı şirkətin yeni məhsulların süni intellekt funksiyalarına diqqət yetirəcəyi də gözlənilir.

“Daha təbii və intuitiv süni intellektə hazır olun. Galaxy AI-nin növbəti təkamülü gəlir və o, hər gün dünya ilə qarşılıqlı münasibətinizi dəyişəcək. Yeni Galaxy S seriyası indi və gələcəkdə mobil süni intellekt üçün yeni mərhələsini bir daha başladacaq”, — elanda deyilir.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr