Yeni flaqman «NVIDIA GeForce RTX 5090» qrafik kartının satışları artıq bu həftə başlayır və onun dərhal qıt olacağına inanmaq üçün hər cür əsas var. Bunu müxtəlif pərakəndə satıcıların məlumatları göstərir. Odur ki, yeni məhsul xəttini ilk əldə etmək istəyənlər mağazalarda əvvəlcədən növbə tuturlar.
Kaliforniyanın Tustin şəhərindəki “Micro Center” adlı elektronika mağazasının önündə yeni “GeForce RTX 5090” almaq istəyənlərin artıq çadırlardan qurulmuş sıralarını görə bilərik.
NVIDIA GeForce RTX 5090 və daha sərfəli RTX 5080 satışları bu cümə axşamı, yanvarın 30-da başlayır. Eyni zamanda, “Micro Center” nümayəndələri hər müştəriyə yalnız bir videokart satacaqlarını bildirdilər.
Fikirləriniz ?