30 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

«Team Spirit» 9 yaşlı CS2 oyunçusu ilə müqavilə imzalayıb. Oyunda ümumi 7800 saat keçirib

“Team Spirit” e-idman klubu “Han” ləqəbi ilə çıxış edən 9 yaşlı Əmir Darçinovla müqavilə imzalayıb. Uşağın valideynləri bu barədə öz “Youtube” kanalında video ilə ilk məlumat veriblər, sonra təşkilatın nümayəndələri bunu təsdiqləyərək “qarşıda çox iş var” sözlərini yazdılar. Əmirin valideynləri həmçinin bildirirlər ki, “1win Team” akademiyası da onunla müqavilə bağlamaq istəyirdi, lakin oğlan çoxdan “Team Spirit”in pərəstişkarı olduğu üçün seçim onların üzərinə düşdü.

Gənc istedadın müqaviləsinin dəqiq şərtlərinin nədən ibarət olduğu məlum deyil: demək olar ki, bütün məkanlar və turnir operatorları 13 və hətta 18 yaşdan kiçik yeniyetmələrin iştirakını qadağan edir. Bu səbəbdən, elandan sonra “Han”ın 2355 ELO-ya sahib olduğu FACEIT turnir platformasındakı hesabı 2029-cu ilə qədər qadağan (blok) edildi. Qeyd edək ki, gənc e-idmançı “Counter-Strike 2”də 7,8 min saatdan çox oynayıb.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr