30 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

«Samsung S25 Edge»in qiyməti buraxılışdan əvvəl açıqlandı

Yeni, ultra-nazik smartfon “Samsung Galaxy S25” Edge çox tezliklə (aprelin ortalarında) təqdim edilməlidir. Cənubi Koreyalı insayderlər yeni məhsulun modifikasiyaları barədə məlumat verib və onların qiymətini açıqlayıblar.

Cənubi Koreyanın “Fnnews” portalının məlumatına görə, 256 GB yaddaşa malik “Galaxy S25 Edge” 1030 dollar, 512 GB yaddaşa malik versiya isə 1120 dollara başa gələcək. İnsayderlərin fikrincə, 1 TB modifikasiyası olmayacaq. Müqayisə üçün qeyd edək ki, eyni yaddaşa malik Galaxy S25+ qiyməti 930 dollara, S25 Ultra isə 1167 dollardan başlayır.

“Fnnews” həmçinin qeyd edib ki, “Samsung” bu modelin 40.000 ədəd məhdud buraxılışını təqdim etməyi planlaşdırır və daha sonra istehsal gücü artmağa başlayacaq. Yeni məhsulun satışlarına may ayında başlanacağı gözlənilir.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr