Telegram-ın yaradıcısı Pavel Durov elan edib ki, Telegram-ın aylıq aktiv istifadəçi sayı artıq 1 milyardı xeyli ötüb. Bu, onu Çində mövcud olan WeChat istisna olmaqla, dünyada ikinci ən populyar mesajlaşma tətbiqinə çevirir.
“Qarşımızda WhatsApp dayanır — Telegram-ın ucuz, mənasız imitasiya versiyası. Onlar uzun illər ərzində innovasiyalarımızı təkrarlamağa çalışdılar, inkişafımızı yavaşlatmaq üçün milyardlarla dollar lobbiçilik və PR kampaniyalarına xərclədilər. Onlar uğursuz oldular. Telegram böyüdü, gəlirli oldu və rəqibimizdən fərqli olaraq müstəqilliyini qoruyub saxladı”, — deyə Durov bildirib.
Onun sözlərinə görə, yalnız Telegram-ın aktiv istifadəçilərinin sayı deyil, həm də onların tətbiqə bağlılığı artır. Belə ki, hər istifadəçi gündə orta hesabla 21 dəfə messenceri açır və ümumilikdə 41 dəqiqə vaxt keçirir. Durov həmçinin 2024-cü ildə gəlirin əhəmiyyətli dərəcədə artaraq 547 milyon dollara çatdığını qeyd edib.
Fikirləriniz ?